“Neftçi” Bertuççiyə Rumıniyada əvəzləyici tapdı
12.01.2013 - 15:54
Rumıniyanın “Turnu-Severin” komandasının futbolçusu Aleksandru Curcu “Neftçi”dən sərfəli təklif alıb. Apasport.az saytının Rumıniyanın onlinesport.ro saytına istinadən verdiyi məlumata görə, sol cinah müdafiəçisinə Azərbaycan klubu ayda 10 min dollardan çox ödəməyə hazırdır.
Belə ki, 20 yaşlı Curcu Buxarest “Dinamo”suna keçidə hazırlaşdığı vaxt “Neftçi”nin təklifini qəbul edib. Çünki “Dinamo” ona ayda cəmi 3000 dollar vermək niyyətində imiş. Nəticədə gənc müdafiəçi “ağ-qaralar”ın cəlbedici təklifi üzərində düşünməyə başlayıb.
Qeyd edək ki, mövsümün ilk yarısında “Neftçi”nin müdafiəsinin solunda bir qayda olaraq Bruno Bertuççi çıxış edib. Ancaq braziliyalı futbolçu arxa xətdə ümidləri doğrultmur.

0
0