“İnter” 26 futbolçu ilə məşq etdi
12.01.2013 - 17:08
Məlumat verdiyimiz kimi, “İnter” hazırda Türkiyədədir. Apasport.az saytının məlumatına görə, komanda fevralın 4-dək burda təlim-məşq toplanışı keçəcək.
Bu gün paytaxt klubu məşqlərə trenajor zalında çalışmalarla başlayıb. Sonra meydançaya çıxan futbolçular isinmə hərəkətlərini yerinə yetirib. Komanda axşam məşqi keçirməyi də planlaşdırır.
Hazırda toplanışda 26 futbolçu iştirak edir. Bunlar qapıçılar - Georgi Lomaya, Revaz Tevdoradze, Elşən Poladov, müdafiəçilər - Vladimir Levin, Ruslan Əmircanov, Valeri Abramidze, İlya Kandelaki, Arif Daşdəmirov, Brüs Abdulaye, Abdulla Abatsiyev, Ruslan Cəfərov, Azər Salahlı, Cəmil Hacıyev, İlqar Ələkbərov, yarımmüdafiəçilər - Nizami Hacıyev, Petar Zlatinov, Fuad Bayramov, İbrahima Niasse, Slavço Georgiyevski, Daniel Genov, Asif Məmmədov, Samir Zərgərov, Mirsahib Abbasov, hücumçular - Baçana Tsxadadze, Yuri Fomenko və Ramil Mansurovdur.
Xatırladaq ki, Tales Şuts ikinci dəfə əməliyyat olunmağa hazırlaşır və buna görə də Türkiyə toplanışına gəlməsi sual altındadır. “İnter”in digər futbolçusu Georgi Adamiya isə hazırda Almaniyada müayinə olunur və bu səbəbdən də Türkiyə toplanışında iştirak etmir.
Əlavə edək ki, hazırlıq planına əsasən “İnter” toplanış ərzində 6 yoxlama oyunu keçirməyi planlaşdırır.

0
0