Zaur Əzizov: Ola bilsin ki, braziliyalı futbolçularla yolları ayıraq
12.01.2013 - 18:58
“Nodar Məmmədovla müqaviləmizi qarşılıqlı şəkildə pozacağıq. Onun transfer vərəqini bazar ertəsi özünə qayataracağıq. Bundan başqa, ola bilsin ki, braziliyalı futbolçularımız - qapıçı Dieqo və yarımmüdafiəçi Bruno ilə yolları ayıraq. Bu futbolçuların taleyinə yaxın günlərdə aydınlıq gələcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
O, müqavilə bağlanılacaq futbolçulardan da danışıb: “Bildiyiniz kimi, 2 futbolçu ilə müqaviləmiz başa çatmışdı. Bunlar Yaşar Abuzərovla Elmar Baxşiyev idi. Ancaq onlarla yeni anlaşma bağlamaq qərarına gəldik. Artıq məşqlərdə iştirak etməyən Elmar da Mingəçevirə gəlib. Onunla mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlayacağıq”.
Antalyada keçiriləcək yoxlama oyunlarındakı yeniliyə gəlincə, Əzizov yığmamızın üzvü Elhad Nəzirinin çıxış etdiyi “Milsami” ilə qarşılaşacaqlarını bildirib: “Fevralın 1-də son yoxlama oyunumuzu keçirəcəyik. Həmin matçda nisbətən asan rəqiblə qarşılaşma istəyirdik. Bu üzdən Moldova komandası ilə üz-üzə gələsi olduq”.
Qeyd edək ki, “Qəbələ”nin yanvarın 22-də “Kayzerslautern”in əsas komandası və 28-də Zaporojye “Metallurq”u ilə də qarşılaşacağı gözlənilir. Digər yoxlama oyunu ayın 25-də olmalıdır ki, bu tarixdəki rəqibin kimliyi hələ bilinmir.
Səbuhi TOFİQOĞLU

0
0