Tomaş Uyfaluşi yenə zədələndi
12.01.2013 - 21:10
İkinci dövrə üçün hazırlıqlarını Antalyada davam etdirən “Qalatasaray”ın heyətində yenidən Tomaş Uyfaluşi şoku yaşanıb. Apasport.az saytının məlumatına görə, zədəli olduğu üçün uzun müddətdir yaşıl meydanlardan kənarda qalan çexiyalı müdafiəçinin yenidən zədələndiyi məlum olub.
Belə ki, cümə axşamı günü keçirilən təlim-məşq toplanışından sonra Uyfaluşi sol dizində ağrıların artmasını hiss edib. Tibbi müayinədən keçən 34 yaşlı futbolçunun dizində yırtıq aşkarlanıb. Tomaş yaxın günlərdə əməliyyat olunacaq. O, yenidən 6 həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Tomaş Uyfaluşi “Qalatasaray”a 2011-ci ildə Madrid “Atletiko”sundan keçib. Təcrübəli müdafiəçi “Cim-Bom”da 30 oyunda meydana çıxıb və 1 qola imza atıb.

0
0