Millimizin son rəqibi Belarus yığmasıdır
12.01.2013 - 22:33
Millimizin son rəqibi Belarus yığmasıdır
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunan XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının turnirdə keçirəcəyi son oyundakı rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Arif Əsədovun yetirmələri 11-ci yer uğrunda qarşılaşmada Belarus yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, futbolçularımızın sonuncu görüşü Sankt-Peterburq şəhərindəki “Zenit” İdman Oyunları Sarayında yanvar ayının 13-də keçiriləcək. Matç isə saat 16:30-da başlayacaq.