Cavid Hüseynovun komandası yağışlı hava şəraiti ilə üzləşib - FOTOSESSİYA
13.01.2013 - 03:30
Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor”un Antalyada keçirəcəyi 3-cü yoldaşlıq görüşü baş tutmayıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Türkiyə PTT 1-ci liqasının sonuncu pilləsində qərarlaşan “Ankaragücü” ilə üz-üzə gəlməli idi.
Lakin hər iki tərəf yağışlı hava şəraiti ilə əlaqədar olaraq qarşılaşmanı ləğv edib. Amma buna baxmayaraq Hüseynovun komandası yenə məşqlərinə davam edib. Belə ki, Adana klubu təlim-məşq toplanışında olduğu otelin fitness salonunda, təxminən bir saata yaxın məşq edib.
Qeyd edək ki, “Adana Dəmirspor” Antalyadakı hazırlıq prosesində iki yoxlama oyununda qüvvəsini sınayıb. Həmyerlimizin klubu “Torku Konyaspor”u 1:0, “Qaziantep BB”nu isə 3:0 hesabı ilə məğlub edib.

0
0