"Çelsi" qələbə qazandı, "Tottenhem" xal itirdi
13.01.2013 - 04:10
"Çelsi" qələbə qazandı, "Tottenhem" xal itirdi
İngiltərə Premyer Liqasında XXII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə 8 qarşılaşma reallaşıb.

"Tottenhem" səfərdə KPR-lə üz-üzə gəlib və rəqibinin müqaviməti ilə üzləşib. 90 dəqiqə ərzində tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Londonun digər təmsilçisi "Çelsi" isə "Tottenhem"dən fərqli olaraq səfərdə "Stok Siti"ni darmadağın edib. Fasiləyə 1:0 hesabı ilə yollanan “zadəganlar” ikinci yarıda meydan sahiblərini düz 3 dəfə cəzalandırmağı bacarıb – 0:4.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının XXII turuna bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

İngiltərə Premyer Liqası

XXII tur

12 yanvar

KPR - "Tottenhem" - 0:0

"Aston Villa" - "Sauzhempton" - 0:1
Lambert, 35-pen

"Everton" - "Suonsi" - 0:0

"Ridinq" - "Vest Bromviç" - 3:2
Kebe, 82, Fondre, 88-pen, Poqrebnyak, 90 - Lukaku, 19; 69

"Norviç" - "Nyukasl" - 0:0

"Stok Siti" - "Çelsi" - 0:4
Ualters, 45-avtoqol; 63-avtoqol, Lempard, 66-pen, Hazard, 73

"Fulhem" - "Uiqan" - 1:1
Karagunis, 22, Di Santo, 71

"Sanderlend" - "Vest Hem" - 3:0
Larson, 12, Conson, 47, Makklin, 74

13 yanvar

"Mançester Yunayted" - "Liverpul"
"Arsenal" - "Mançester Siti"