"İnter"dən inamlı qələbə
13.01.2013 - 04:31
"İnter"dən inamlı qələbə
İtaliya A seriyasında XX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə iki qarşılaşma baş tutub.

Doğma publika önündə "Boloniya" "Kievo" ilə üz-üzə gəlib. Hər hissədə iki dəfə fərqlənən meydan sahibləri görüşdən 3 xalla ayrılıb.

Öz meydanında "Peskara"nı qəbul edən "İnter"də turu qələbə ilə başa vurub. Qarşılaşma Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, İtaliya A seriyasının XX turunun digər görüşləri bu axşam keçiriləcək.


İtaliya A Seriyası

XX tur

13 yanvar

"Boloniya" - "Kievo" - 4:0
Kone, 13, Cilardinyo, 44, 59, Qabbiadini, 89

"İnter" - "Peskara" - 2:0
Palasio, 31, Quarin, 54

14 yanvar

"Torino" - "Siena"
"Parma" - "Yuventus"
"Napoli" - "Palermo"
"Kalyari" - "Genua"
"Kataniya" - "Roma”
"Udineze" - "Fiorentina"
"Latsio" - "Atalanta"
"Sampdoriya" - "Milan"