"Valensiya" sevindi, “Real” büdrədi
13.01.2013 - 05:16
"Valensiya" sevindi, “Real” büdrədi
İspaniya La Liqasında XIX turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə dörd qarşılaşma reallaşıb.

“Real” səfərdə "Osasuna"nın qonağı olub. Lider “Barselona”dan 14 xal geri olan “Kral klub”u yenə xal itkisi ilə üzləşib. Madrid klubu meydandan 0:0 hesablı sülhlə ayrılıb.

Evində "Sevilya" ilə üz-üzə gələn "Valensiya" isə inamlı qələbə qazanıb. Fasiləyə qədər hesabı aça bilməyən “yarasalar” ikinci yarıda Soladadonun dublu sayəsində 3 xala sevinib.

"Selta Viqo"nu qəbul edən "Espanyol" isə rəqibini minimal hesablı üstünlüklə üstələyib – 1:0.

Qeyd edək ki, İspaniya La Liqasının XIX turuna bu axşam keçiriləcək 4 oyunla yekun vurulacaq.

İspaniya La Liqası

XIX tur

11 yanvar

"Atletik" (Bilbao) - "Rayo Valyekano" - 1:2
San Joze, 77 - Banqura, 48, Piti, 65-pen

12 yanvar

"Valyadolid" - "Malyorka" 3:1
Ebert, 21, Qonzales, 88, Ebert, 90 - Viktor, 38

"Espanyol" - "Selta Viqo" 1:0
Qarsiya, 23

"Osasuna" - "Real" 0:0

"Valensiya" - "Sevilya" 2:0
Soldado, 50, 89

13 yanvar

"Betis" - "Levante"

"Real" (Sosyedad) - "Deportivo"
"Atletiko" - "Saraqoza"
"Malaqa" - "Barselona"