“Monpelye” evində, “Lion” səfərdə qazandı
13.01.2013 - 05:46
“Monpelye” evində, “Lion” səfərdə qazandı
Fransa çempionatında 20-ci turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikici matç günündə beş qarşılaşma baş tutub.

“Lion” ötən gün PSJ-nin xal itirməsindən maksimum yararlanıb. Belə ki, Remi Qardenin yetirmələri səfərdə “Troyes”in qonağı olub və inamlı qələbəyə sevinib. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Lion” turnir cədvəlinin liderliyinə yüksəlib.

Sonuncu Fransa çempionu “Monpelye” isə rəqibini evində məğlub edib. “Loryan”la qarşılaşan baş məşqçi Rene Qirardın komandası Karbonyenin vurduğu iki qolla 3 xalı bayram edib.

Qeyd edək ki, Fransa çempionatının 20-ci turuna bu axşam keçiriləcək 3 oyunla yekun vurulacaq.


Fransa çempionatı

20-ci tur

11 yanvar

“Sent-Etyen” – “Tuluza” – 2:2
Perrin, 25, Mollo, 62 – Didot, 28, Aurier, 43.

PSJ – “Ayaçço” – 0:0

12 yanvar

“Troyes” –“Lion” 1:2
Nivet, 38 - Qonalons, 11, Umtiti, 75

“Evyan” – “Brest” 0:2
Vasat, 15-pen, Qrouqi, 90

“Monpelye” – “Loryan” 2:0
Karbonye, 79; 90

“Nansi” – “Lill” 2:2
Qranqe, 21, Ayasse, 82 - Rouks, 1, Payet, 32

“Renn” – Bordo” 0:2
Qufran, 57, Sayvet, 66

13 yanvar

“Reyms” – “Bastiya”
“Nitsa” – “Valensyen”
“Soşo” – “Marsel”