Sneyder hələ qərarını vermək istəmir
13.01.2013 - 06:30
“Qalatasaray”a transfer olunacağı gündəmdən düşməyən Uesli Sneyder bu haqda açıqlama verib. Apasport.az saytının “Sky Sport”a istinad məlumatına görə, İtaliya A seriyasının XX turunda “İnter” - “Peskara” (2:0) qarşılaşmasını tribunadan izləyən hollandiyalı yarımmüdafiəçi İstanbul klubunun onunla maraqlandığını təsdiq edib.
Lakin o, mətbuatda yayılan digər xəbərləri təkzib edib. Belə ki, Ueslinin bazar ertəsi bununla bağlı fikrini açıqlayacağı bildirilmişdi. Amma o, bunların doğru olmadığını ifadə edərək, hələ tələsmək istəmədiyini vurğulayıb:
“Trasfer dövrəsi hazırda davam edir. Hələ bunun bağlanmasına daha iki həftə var. Buna görə mən çox rahatam və tələsmək istəmirəm. İki həftəyə qədər hər şey dəqiqləşəcək. Mən hazırda mənə gələn təklif haqda fikirləşirəm”.

0
0