Arda Turan “Atletiko”nun ikinci ən bahalı futbolçusu oldu
13.01.2013 - 06:55
Arda Turan “Atletiko”nun ikinci ən bahalı futbolçusu oldu
Madrid “Atletiko”sunun formasını geyinən Arda Turanın transfer qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, əvvəlcə satış qiyməti 16 milyon avro ilə dəyərləndirilən Türkiyə milli komandasının yarımmüdafiəçisinə daha 8 milyon avro da əlavə edilib.

Belə ki, hər hansı klub Ardanı heyətində görmək istəsə, onda 24 milyon avrosundan keçmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, “Atletiko”nun digər futbolçusu Radamel Falkaonun transfer qiyməti 60 milyon avrodur. Bununla da 25 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində 2-ci ən bahalı futbolçu ünvanına sahib olub.