Vaqner Lav yenidən Moskva klubunda
13.01.2013 - 07:41
Moskva ÇSKA-sı sabiq futbolçusu ilə yenidən anlaşıb. Apasport.az saytının Rusiya mətbuatına istinad məlumatına görə, moskvalılar braziliyalı hücumçu Vaqner Lavla ilkin razılığa gəlib. Maliyə cəhətdən əziyyət çəkən "Flamenqo” ÇSKA-nın sərfəli təklifi ilə razılaşaraq, forvardı satmaq qərarına gəlib.
Lakin 28 yaşlı hücumçunun transfer detalları haqda heç bir məlumat verilməyib.
Bu xəbəri Lavın özü də təsdiqləyib: “Mənə görə “Flamenqo”ya yaxşı təklif gəldi. Rəhbərlikdə bunları dəyərləndirib və məni ÇSKA-ya satmaq qərarına gəldi. Amma mənim burada hələ tarix yazmağım başa çatmayıb. Yenidən bu kluba uğur qazanmaq üçün qayıdacağam”.
Qeyd edək ki, Vaqner Lav 2004-2011-ci illərdə ÇSKA-nın şərəfini qoruyub. O, 251 qarşılaşmada meydana çıxıb və 117 dəfə rəqib qapılarına yol tapıb.

0
0