Aqil Nəbiyev: Qalan 5 oyunda maksimum xal toplamalıyıq
13.01.2013 - 12:51
“Yeni komandamda uyğunlaşma prosesi asan keçdi. Bu da onunla bağlıdır ki, “Bakı”dakı çoxlu futbolçularla tanış olduğumdan, heç bir problemlə üzləşmədim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın yeni transferi Aqil Nəbiyev klubun televiziyasına müsahibəsində deyib.
2006-cı ildən AZAL-da oynayan, onun uzun müddət kapitanı olan 31 yaşlı müdafiəçi karyerasını digər paytaxt təmsilçisində davam etdirəcək. Millimizin da üzvü olan Aqil 1,5 illik müqavilə imzaladığı “Bakı”ya keçidindən çox şad olduğunu bildirib.
Onun sözlərinə görə, gözəl bazası olan klubun böyük potensialı var: “Biz balaca uşaqlar deylik ki, adaptasiya ilə bağlı problemlə üzləşək. Axı hamımız Azərbaycanda yaşayırıq və məni komandada yaxşı qəbul etdiklərindən, hər şey qaydasındadır”.
Nəbiyev “Bakı” cari mövsümdə uğursuz çıxışını “qara zolağ”a düşməyi ilə əlaqələndirib: “Hər bir komandada belə eniş ola bilər. “Bakı” turnir cədvəlində yer almalı olmadığı mövqedə qərarlaşıb. Fevraldakı oyunlara yaxşı hazırlaşmaq üçün qarşıda ağır məşqlərimiz var. Komandada hər planda – həm məşqçilik, həm də rəhbərlik baxımından hər şey yüksək səviyyədədir. Futbolçular həlledici oyunlara hazır olmaq üçün indi bütün güclərini qoyurlar. “Altılığ”a düşməyimiz üçün qalan 5 oyunumuzda maksimum xal qazanmalıyıq”.
Təcrübəli futbolçu qarşıda duran vəzifələrdən danışarkən, iılk növbədə “altılığ”a düşməyi vacib sayır: “Əvvəl buna nail olmağa çalışacağıq. Həmçinin Azərbaycan kubokunun finalına kimi irəliləmək istəyirik. Bu, klubun qarşısında duran ilk vəzifələrdir”.

0
0