“Xəzər Lənkəran” Antalyaya yollandı
13.01.2013 - 13:48
“Xəzər Lənkəran” Antalyaya yollandı
Daha bir Azərbaycan klubu Türkiyədə təlim-məşq toplanışına start verir. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” bu gün səhər saatlarında Antalyaya yollanaraq, qış fasiləsinin hazırlıqlarına başlayacaq. Lənkəranlılar məşhur “Ela Quality Resort Hotel”də fevralın 5-dək hazırlıq keçəcəklər.

Uzun müddətdə yeni legionerləri baxışdan keçirəcək cənublular 5 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Belə ki, “Xəzər Lənkəran” yanvarın 19-da Moldovanın “Rapid”, 22-də Ukraynanın “Krivbass”, 30-da Çexiyanın “Pribram” klubu ilə üzləşəcək. Komandanın yanvarın 26-da və fevralın 2-də keçirəcəyi oyunlarda rəqibləri hələlik dəqiqləşməyib.

Qeyd edək ki, “Qarabağ”, “Simurq”, “Neftçi” və “İnter” Antalyada hazırlıq prosesinə start verib.