“Simurq” yoxlama oyunlarında rəqiblərini açıqladı
13.01.2013 - 15:52
“Simurq” təlim-məşq toplanışında olduğu Antalyada keçirəcəyi yoxlama oyunlarında rəqiblərini açıqlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, zaqatalalılar yanvarin 10-da yollandıqları Türkiyədəki hazırlıq prosesində 5 matçda meydana çıxacaq.
Gündə 2 dəfə olmaqla "Mardan Spor Kompleks"inin meydançasında əsasən fiziki göstəricilərin artırılması üzərində çalışan “Simurq” yanvarın 17-nə qədər burada qalacaq və elə həmin gün ilk oyununu keçirəcək. Rəqib Qazaxıstanın "Akjayık” klubu olacaq. Bundan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə iki günlük istirahət verəcək.
Yanvarın 19-dan Bələk bölgəsində yerləşən "Atlantik" otelində məskunlaşacaq "Simurq" burada təlim-məşq toplanışının ikinci mərhələsinə start verəcək. Yanvarın 22-də Zaqatala təmsilçisi növbəti yoxlama görüşündə MOİK (Sofiya) ilə üzləşəcək. Komanda yanvarın 25-də Rusiyanın "Tom", 28-də Xorvatiyanın "Slaven Belupo" klubu ilə gücünü sınayacaq. Çixradzenin yetirmələrinin Antalyadakı son rəqibi yanvarın 31-də Rumıniyanın "Petrolul" klubu olacaq. Bundan sonra Antalyadakı təlim-məşq toplanışını başa vuracaq zaqatalalılar fevralın ilk günündə ölkəyə qayıdacaq və hazırlıqları doğma məkanda davam edəcək.
Qeyd edək ki, "Simurq" qardaş ölkədə heyətini gücləndirməyi üzərində də çalışacaq. Çixradzenin istəyinə uyğun baxışa dəvət olunmuş futbolçulardan məşqçilər korpusunun rəyi əsasında transferlər həyata keçiriləcək. Onlar haqqında qərarlar yoxlama oyunlarından sonra veriləcək.

0
0