Qurban Qurbanov: Getdikcə artan tempə ayaqlaşmalıyıq
13.01.2013 - 17:28
Qurban Qurbanov: Getdikcə artan tempə ayaqlaşmalıyıq
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda saat 11:00-da məşqə çıxıb. Aralıq dəniz sahilllərində tufan olsa da, bu gün 20 dərəcəlik hərarət əsl futbol havası yaradıb. Bütün futbolçuların iştirak etdiyi çalışmada baş məşqçi Qurban Qurbanov öncə qısa nitq edərək, getdikcə artan tempə ayaqlaşmalı olduqlarını bildirib.

Yüngül qaçışın ardından ənənəvi kvadratdan yararlanan futboçular ardınca meydanboyu maneələr üzərində toplu çalışmalar yerinə yetirib. Ən sonda isə 2 toxunuşlu, 2 hissəli futbol baş tutdu. 15 dəqiqəlik qaçışla günə yekun vurulub. Belə ki, Qurbanov futbolçuları günün 2-ci məşqindən azad edib.

Sabah “Qarabağ”ın 2 məşqi nəzərdə tutulub.