Arif Əsədov: Fərqli sistemlə oynamaq istədik
13.01.2013 - 23:26
“Digər matçlarla müqayisədə bu gün fərqli sistemlə oynamaq qərarına gəldik. Əvvəlcə bir qədər inamsızlıq oldu. Lakin sonradan oyuna nəzarət tamamilə bizim tərəfimizdə idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının baş məşqçisi Arif Əsədov deyib.
Onun yığmamıza qayıdışından sonra ilk sınağı Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnir oldu.
Yarışda 11-ci yer uğrunda Belarusla 1:1 hesabı ilə nəticələnən və penaltilər seriyası ilə uduzduqları matçı dəyərləndirən Əsədov yetirmələrindən narazı qalmayıb: “Qol şansımızdan istifadə etdik. Amma sona yaxın konsentrasiyanı itirdiyimiz üçün hesab bərabərləşdilər. Son dəqiqələrdə buraxdığımız qol oyunun əsas məqamı oldu. Penalti seriyası isə lotereyadır. Komanda yanvarın 24-də yığışıb, turnirə hazırlaşmağa cəmi 10 gün vaxtımız oldu. Sankt-Peterbuqrda çoxlu oyunlara baxdıq. Ümumilikdə, komandamdan razıyam. Ancaq təbii ki, üzərində çalışmalı olduğumuz bir çox məsələlər var”.

0
0