“Xəzər Lənkəran”ın fasilədə ilk işi
14.01.2013 - 00:05
Cari mövsümdə istədiyi kimi çıxış edə bilməyən "Xəzər Lənkəran" qış fasiləsindən maksimum yararlanmaq niyyətindədir. Artıq dünəndən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verən cənublular fevralın 5-dək qardaş ölkədə hazırlıq keçəcəklər.
"Ela Quality Resort Hotel"də məskunlaşan "ağ-yaşıllar" toplanış çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırıblar. Belə ki, "Xəzər Lənkəran" yanvarın 19-da Moldovanın "Rapid", 22-də Ukraynanın "Krivbass", 30-da isə Çexiyanın "Prişbram" klubu ilə gücünü sınayacaq. Bundan başqa, təmsilçimizin yanvarın 26-da və fevralın 2-də daha 2 yoldaşlıq görüşü keçirəcəyi məlum olsa da, rəqiblər hələlik dəqiqləşməyib.
Cənub klubu qış fasiləsi dönəmində komandaya bütün mövqelər üzrə yeni futbolçuların cəlb olunacağını bəyan edib. Lakin "Xəzər Lənkəran"ın transfer bazarında passiv olduğunu söyləməkdə fayda var. Sonuncu avrokubok mövsümündə məhz bu səbəbdən sıxıntı çəkən və uğursuzluğa düçar olan "ağ-yaşıllar" yenə də ləng davranırlar və bu, komandanın zərərinə işləyən amildir. Bəlkə də vəziyyət başqa cür olsaydı, bu passivliyi başa düşmək olardı. Lakin indiki durum "Xəzər Lənkəran"ı daha da diribaş olmağa sövq edir. Çünki komandada aradan qaldırılması mütləq olan boşluqlar var.
"Xəzər Lənkəran"ın etməli olduğu ilk iş sanballı qapıçı tapmaqdı. Bildiyiniz kimi, Kamran Ağayev məlum səbəblərdən transferə çıxarılıb və onun yenidən heyətə dönmək şansı yoxdu. Kamal Bayramov isə artıq cənublularla yollarını ayıraraq, sabiq klubu "Turan"a dönüb. Beləliklə, heyətdə yalnız bir qapıçı - Orxan Sadıqlı qalıb ki, o da hələ gəncdi və əsas heyət üzvü olmaq üçün lazımi təcrübəyə malik deyil.
Cənub təmsilçisi qış fasiləsində səviyyəli qapıçı tapmalı olduğunu artıq 3-4 aydı bilir. Di gəl ki, bugünə kimi bu məsələ yoluna qoyulmayıb. Halbuki, klub bununla daha öncə məşğul olmalı, seçim məsələsini fasiləyə saxlamamalı idi. Əldə etdiyimiz bilgiyə görə, hazırda "Xəzər Lənkəran"ın maraq dairəsində olan 2 qapıçı var. Onlardan biri xorvatiyalı, digəri moldovalıdı. Lakin həmin futbolçuların adları açıqlanmır.
Fasilə dövründə "Xəzər Lənkəran"ı tərk edən yalnız Kamal Bayramov olmayıb. Cənub təmsilçisi daha 3 üzvü ilə yollarını ayırıb və yəqin ki, gedənlərin siyahısına daha bir neçə nəfər əlavə olunacaq.
Komandaya lazım olmayan "üçlüy"ə gəlincə, müqaviləsinin müddəti başa Branimir Subaşiç özünə yeni iş yeri tapmalı olacaq. "Ağ-yaşıllar" yığmamızın milliləşdirilmiş serb hücumçusu ilə əməkdaşlıqda maraqlı deyillər. Həmçinin, gənc Akif Tağıyevi əvəzedici heyətə göndərən "Xəzər Lənkəran" Qafar Əliyevlə də "yaxşı yol" deyəcək. Zaur Ramazanovun təşəbbüsü ilə komandaya gətirilən Qafarın 2 illik müqaviləsi qüvvədə olsa da, onunla yollar ayrılacaq.
Cənub klubundan ayrılma ehtimalı olan başqa bir futbolçu isə Ruslan Abışovdu. Artıq xeyli vaxtdır Rusiyanın "Rubin" klubunun maraq dairəsində olan millimizin üzvünün danışıq aparmaq üçün Kazana yollandığı söylənilir.
Cənublular mövsümlərarası fasilədə hələlik yalnız bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. "Xəzər Lənkəran" "Beşiktaş"ın sabiq futbolçusu Gökhan Güləçin keçidini həll edib. 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Güləçlə münasibətlərini rəsmiləşdirən "Xəzər Lənkəran" transfer çalışmalarını bir neçə istiqamətdə davam etdirir. Cənublular daxili bazarda "Sumqayıt"ın futbolçusu Uğur Pamukla danışıq aparır və artıq tərəflər razılığa gəlmək üzrədi. Xəbəri klubun vitse-prezidenti Tuyqun Hadirov da təsdiqləyib. Sağ cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilənin bağlanması gözlənilir. Lakin Pamukun hazırda "Xəzər Lənkəran"ın əsas heyətini gücləndirəcək səviyyədə olmadığını qeyd etmək yerinə düşər.

0
0