"Atletiko"da oynayıb, "Qarabağ"a keçir
14.01.2013 - 00:10
"Atletiko"da oynayıb, "Qarabağ"a keçir
"Qarabağ" ilk transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının xəbərinə görə, Ağdam klubu "Rəvan"ın oyunçusu Kristian Torresi heyətinə qatıb. Argentinalı futbolçu bu gün Antalyaya - "Qarabağ"ın düşərgəsinə yollanacaq.

Qeyd edək ki, yayda "Simurq" Torresi heyətinə qatmışdı. Hətta klub rəsmi saytı ilə transferi açıqlamışdı. Lakin sonradan "Rəvan"la müqaviləsi olduğu aşkarlanan Kristian Bakı klubunun heyətinə döndü. 2011-ci ildən "Rəvan"da çıxış edən 27 yaşlı argentinalı yarımmüdafiəçi 45 oyunda 5 qol vurub.

O, 2009-2011-ci ildə "Qəbələ"nin formasını geyinib - 52 oyun, 7 qol. Torres ölkəmizə gəlməzdən əvvəl Argentinanın "Atletiko Kolegiales" (2003), Latviyanın "Yurmala" (2004-2006 və 2007-2008, 83 oyun, 16 qol) və "Metallurq" (18 oyun, 2 qol) klublarında çıxış edib.