Belçika Azərbaycan millisinə qonşu ola bilmədi
14.01.2013 - 09:37
Belçika Azərbaycan millisinə qonşu ola bilmədi
Azərbaycan milli komandasının iştirakı ilə keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, 13-cü yer uğrunda qarşılaşmada Litva ilə qarşılaşmalı olan Belçika yığması meydana çıxmayıb. Artıq bunun səbəbi də məlum olub. Belə ki, belçikalılar oyunçu çatışmazlığı ilə üzləşib. Cəza və zədə səbəbindən meydana çıxması mümkün olmayanların yoxluğunda komanda cəmi 8 futbolçu tapmayıb.

Qeyd edək ki, Rusiyadakı yarışda 12-ci olan millimizin turnir cədvəlindəki qonşusu texniki nəticə sayəsində bilinib. Litva yığmasına 3:0 hesablı qələbə verilib.