Ardıcıl 2-ci il 12-ci
14.01.2013 - 09:50
Azərbaycan yığması Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ardıcıl 2-ci il eyni yeri tutub. Apasport.az saytının məlumatına görə, 19 yaşlılarlardan ibarət yığmamız Sankt-Peterburqda təşkil olunan yarışı yenə 12-ci pillədə bitirib .
Ancaq fərq ondadır ki, bu dəfə sonuncu olmadıq. Çünki Vəli Qasımovun baş məşqçisi olduğu yığmanın keçən il qatıldığı turnirdə 12 komanda var idisə, Arif Əsədovun çalışdırdığı millinin çıxış etdiyi yarışda iştirakçıların sayı 16-ya artırılmışdı.
Sonuncu matçda uduzduğumuz Belarus yığması yenə bizim üçün arzuolunmaz rəqib oldu. Çünki bu yığma ilə turnirdə keçirdiyimiz 3-cü oyunda da ona qalib gələ bilmədik. Əvvəllər Belarusla yanvarın 5-də keçirilən matçlar qrupda idisə, bu dəfə 11-ci yer uğrunda oyunda ona yenildik.
5-ci dəfə qatıldığımız turnirdə bizim üçün üçün ən yüksək nəticə isə 2010-cu ildə V yer olub.
Millimizin Qranatkin turnirindəki yerləri
2009 – VII yer
2010 – V yer
2011 – VII yer
2012 – XII yer
2013 – XII yer

0
0