“Qəbələ” Tərlan Əhmədovu Antalyaya apardı
14.01.2013 - 10:00
“Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası 2012/13 mövsümünün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu məqsədlə komanda dünən Türkiyəyə yola düşüb.
Baş məşqçi Halim Fıçıcı və məşqçi Azər Bağırovun rəhbərlik etdiyi “Qəbələ” U-17-si qardaş ölkəyə aşağıdakı futbolçu heyəti ilə yollanıb: Həsən Hüseynov, Vəzir Musayev, Bəhram Mehdizadə, İbrahim Aslanlı, Sahil Mirzəyev, Bəhlul Mustafazadə, Qismət Əliyev, Tərlan Əhmədov, Həsi Hümbətli, Nurlan Salahov, İlkin Allahverdiyev, Ehtiram Şahverdiyev, Yusif Şirinov, Turxan Həsənov, Çingiz Hüseynov, Heydər Babayev, Emin Zamanov, Yusif Nəbiyev, Əli Səmədov, Tural Məmmədrzayev, Coşqun Süleymanov, Ülvi İskəndərov, Baxşəli Baxşəliyev.
Yanvarın 23-dək davam edəcək toplanış müddətində komanda Antalyanın Lara bölgəsində “Karvansaray” otelində məskunlaşacaq. “Qəbələ” qardaş ölkədə 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Yoxlama oyunları yanvarın 16-ı, 19-u və 22-i baş tutacaq.
Qeyd edək ki, “Qəbələ”nin əsas və əvəzedici komandası da Antalyaya yola düşəcək.

0
0