Millimizin futbolçusu “Kayzerslautern”in əsas heyətindən çıxarıldı
14.01.2013 - 11:23
Milli komandamızın yanvarın 29-dan fevralın 6-dək davam edəcək Dubay toplanışına çağırılmış Rüfət Dadaşovun “Kayzerslautern”dəki taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, futbolçumuz əsas komandanın baş məşqçisi Franko Foda tərəfindən bəyənilməyib.
Belədə Rüfət yenidən “Kayzerslautern”in Regionalliqada mübarizə aparan və 2-ci komandası sayılan U-23-nə göndərilib. Artıq futbolçu bu komandada meydana da çıxıb. “Oberzültsen”lə yoxlama oyununun ilk dəqiqələrindən meydanda olan Dadaşov yenə qol vura bilməyib. Bu üzdən hücumçumuz fasilədə Kevin Şvemlə əvəzlənib. Onun komandası isə rəqibini 9:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Foda Rüfət Dadaşovu Oberliqa təmsilçisi “Mextershaym”la oyunun ikinci yarısında meydana buraxmışdı. Ancaq “Kayzerslautern”in 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Rüfət fərqlənə bilməmişdi.

0
0