“Hirsimdən qapıya elə yumruq vurdum ki, həkim də qorxdu”
14.01.2013 - 11:18
“Hirsimdən qapıya elə yumruq vurdum ki, həkim də qorxdu”
“Karyeramı Azərbaycanda davam etdirdiyim üçün mənə 3-cü dünyada oynadığımı deyirlər. Lakin 3-cü dünyanın nə demək olduğunu bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın polşalı qapıçısı Lukas Sapela deyib.

Polşa mətbuatına açıqlama verən qolkiper Bakıda gördüklərindən məmnunluğunu ifadə edib: “Orada hər şey var. Zədəm üzündən səfərlərə gedə bilmirdim. Gördüyüm Bakı idi ki, orda da çatışmayan heç nə yoxdur”.

Sapela Premyer Liqanın III turunun “Bakı” ilə qarşılaşmasında aldığı zədəni hələ də unutmayıb: “Rəvan”dakı 3-cü matçımın 20-ci dəqiqəsində ayağım qırıldı. Müdafiəçimiz bir az ləngidi və mən irəli şığıdım. Rəqiblə toqquşmada ayağım sındı. Çox küt ağrılar var idi. Lakin mən o qədər iddialıyam ki, məşqçidən əvəzlənməyimi istəmədim. Fasiləyə kimi belə davam etdim və qol da buraxmadım. Hətta 2-ci hissəyə də çıxmaq istəyirdim. Lakin ayaqlarım sözümə qulaq asmadı. 3 gün sonra isə sınıq ayaqla məşqlərə başlamaq istədim. Ağrılardan əziyyət çəkdiyimdən klubun həkimi ilə xəstəxanaya getdim. Onda məlum oldu ki, ayağım qırılıb. Hirsimdən qapıya elə yumruq vurdum ki, həkim də qorxdu. Sonra isə oturub ağladım”.