Azərbaycan yığmasına daha bir almaniyalı futbolçu çağırılır
14.01.2013 - 11:47
Daha bir almaniyalı futbolçu Azərbaycan yığmasına çağırılır. Apasport.az saytının məlumatına görə, “Berqiş Qladbax” klubunda çıxış edən Fatih Şanlı U-21-in heyətinə dəvət olunacaq.
Almaniya türkünün yığmamız üçün milliləşdirildiyini Şimali Reyn-Vestfaliya liqasında çıxış edən klubun baş məşqçisi Ditmar Şaxt açıqlayıb: “Əsas heyətə namizədlərdən biri Fatih Şanlıdır. Hücumçu son vaxtlar daha güclü oynayır. Bunun da mükafatı olaraq Azərbaycan millisinə çağırılıb. Şanlı artıq yarım ildir bizim komandadadır, heyətə də uyğunlaşmaq üzrədir. İndidən onu tərifləmək tezdir. Çünki Fatih indiki oyununu uzun müddət ərzində göstərməlidir”.
Qeyd edək ki, Şanlıya qədər millimizdə Əli Gökdəmir, Cihan Özkara, Ufuk Budak, Uğur Pamuk və başqa Almaniya türkləri də yığmamıza cəlb olunub.

0
0