“Apasport” dünyanın ən yaxşı hakimini düz tapdı
14.01.2013 - 12:09
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə dünyanın ən yaxşı hakiminin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı Pedro Proensa Oliveyra Alves Qarsiya 174 xalla hamını qabaqlayıb.
Ötən mövsüm Avroliqanın finalında “Atletiko” – “Atletik” matçını idarə edən hakim ən yaxın izləyicisi olan türkiyəli Cüneyt Çakırı (73) 101 xal qabaqlayıb. İngiltərəli Hovard Uebb 72 xalla 3-cü olub.
15 hakim arasında postsovet məkanından yalnız özbəkistanlı Rövşən İrmatov 35 xalla 6-cı olub.
Qeyd edək ki, İFFHS-nin üzvü olan apasport.az-ın əməkdaşı Vüqar Xeyrullayev səsvermədə ölkəmizin təmsilçisi kimi iştirak edərək, ilk 2 yeri düz tapıb.

0
0