Ramazan Abbasov təkzib etdi
14.01.2013 - 13:32
“Mətbuatda mənim komandadan ayrıldığım deyilir. Ancaq bunlar doğru deyil”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın futbolçusu Ramazan Abbasov deyib.
Yayda “Rəvan”dan “Bakı”ya keçən yarımmüdafiəçinin serbiyalı baş məşqçi Bojidar Bandoviç tərəfindən komandadan göndərildiyi deyilirdi. Ancaq Abbasov bu xəbəri təkzib etdi: “Mən “Bakı”nın bu il keçirilən bütün məşqlərində iştirak etmişəm. Komandadan da göndərilməmişəm. Hazırda hava limanındayam. Bir azdan komanda ilə birgə Türkiyəyə uçacam”.
Səbuhi TOFİQOĞLU

0
0