Prezidentin oğlu “Qarabağ”a keçdi
14.01.2013 - 14:05
“Qarabağ” transfer fəaliyyətinə rəsmən başlayıb. Apasport.az saytının xəbərinə görə, bütün mövqeləri gücləndirməyi planlaşdıran Ağdam klubunun ilk transferi Kristian Torres olub.
2009-cu ildən ölkəmizdə çıxış edən 27 yaşlı futbolçu ön xətdə universallığı ilə diqqət çəkir. “Qarabağ”da çıxış edəcək ilk argentinalı olacaq Torreslə 1,5 illik müqavilə bağlanılıb.
“Qarabağ” Torreslə yanaşı, “Rəvan”dan daha bir futbolçunu sıralarına bağlayıb. 22 yaşlı Elvin Musazadə ilə də 1,5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Elvin PFL prezidenti Ramin Musayevin oğludur.

0
0