Kristian Torres: “Qarabağ” oyun üslubuma uyğundur
14.01.2013 - 14:13
Kristian Torres: “Qarabağ” oyun üslubuma uyğundur
“Qarabağ” kimi iddialı komandaya gəldiyimə görə məmnunam”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın yeni transferi Kristian Torres deyib.

Yeni klubunun rəsmi saytına keçidi haqda danışan argentinalı yarımmüdafiəçi hədəfə çatmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdığını bildirib: “Azərbaycana ilk gəldiyim gündən “Qarabağ” göstərdiyi futbolla diqqətimi cəlb edib. Texnikalı oyuna üstünlük verən komanda mənim də oyun üslubuma uyğundur. “Qarabağ” daim iddialı olub. Bilirəm ki, “Qarabağ” çempionluğa oynayır. Çalışacam ki, yeni komandamın hədəfinıə çatması üçün ən yaxşısını edim”.

Qeyd edək ki, “Qarabağ” Kristian Torresi “Rəvan”dan alıb. Onun sabiq baş məşqçisi Ramiz Məmmədovun çalışdırdığı “Qəbələ”yə də gedəcəyi deyilirdi.