“Alacağım puldan narahat deyiləm”
14.01.2013 - 15:56
“Turan” klubunun baxışa dəvət etdiyi Pavel Yançukun apasport.az saytına müsahibəsi
- “Turan”a gəlişiniz necə alındı?
- Təklifi agentimdən aldım. O, bununla bağlı fikrimi öyrəndi. Mən də özümü yeni çempionatda sınamaq qərarına gəldim.
- Azərbaycandan aldığınız təklif sizi təəccübləndirmədi?
- Xeyr. Əslində, futbolçu bu cür vəziyyətlərə hazır olmalıdır.
- “Turan”a gələnədək Moldovada - güclülər dəstəsində mübarizə aparan “Tiraspol” klubunda oynamısınız. Başqa təkliflər var idi?
- Ukraynadan maraqlı təkliflər var idi. Kiyev “Arsenal”ı məni heyətinə cəlb etmək istəyirdi. Eyni zamanda, “Xarkov” da təklif göndərmişdi. Sadəcə, Ukraynaya dönmək istəmədim. Məqsədim legioner həyatını davam etdirməkdir.
- Artıq məşqlərdə iştirak edirsiniz. Komanda haqda nə deyə bilərsiniz?
- Əvvəla, “Turan” Premyer Liqada mübarizə aparır, ilk “altılıq” şansı davam edir. Həm də komandada perspektiv var. Buna görə də “Turan”a “yox” demədim.
- Komandaya uyğunlaşmaqda problem yaşamayacaqsınız?
- Burda olduğum müddətdə gördüklərimlə bağlı ancaq xoş sözlər deyə bilərəm. Klub rəhbərliyi, məşqçilər korpusu futbolçularla daim maraqlanırlar. İlk gündən özümüzü komandanın bir parçası kimi hiss edirik. Bu baxımdan, uyğunlaşma ilə bağlı hansısa problemin olacağını düşünmürəm.
- “Turan” digər klublarımızla müqayisədə maddi baxımdan geri qalır. Az ödəniş qarşılığında oynamaq çətin olmayacaq?
- Səmimi deyirəm, alacağım pulun azlığından narahat deyiləm. Əsas odur baş məşqçinin etimadını qazanaq. Bunu bacardıqdan sonra 6 ay oynayacağıq. Bu müddətdə yaxşı tərəfdən fərqləndikdən sonra başqa klublardan təkliflər olacaq. Bir sözlə, daha imkanlı komandaların diqqətini cəlb edə bilərik. Bizim ilk işimiz qarşıdakı 6 ayda yaxşı oynamaq, “Turan”a kömək etməkdir.
- Karyeranıza diqqət yetirdikdə, Rumıniya və Macarıstanda da çıxış etdiyinizi görürük...
- “Obolon”un yetirməsiyəm. Bir müddət Rumıniya “Arçeş”inin formasını geyindim. Komanda ikinci dəstəyə düşdükdən sonra ayrılmalı oldum. Bir dəfə isə Almaniya “Şalke”sində baxışda olmuşam. “Şalke”yə keçidim alınmasa da, “Sankt-Pauli”də oynadım. 2010-cu ildə isə Budapeştin “Honved” klubunda çıxış etmişəm. Son mövsümdə Moldova “Tiraspol”unun formasını geyinmişəm. Düşünürəm ki, Azərbaycandakı karyeram daha uğurlu alınacaq.

0
0