“Belə məsələlər telefonla həll olunmur”
14.01.2013 - 16:23
“Fərid Quliyevlə görüşümüz oldu. O, yenə də “Turan”da qalmaq istəmədiyini bildirdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın vitse-prezidenti Namiq Məstanov deyib.
O, cari mövsümün əvvəlindən komandanın şərəfini qoruyan hücumçu Fərid Quliyevin gedişi ilə bağlı məsələni müzakirə etdiklərini bildirib.
Məstanovun sözlərinə görə, futbolçu klubu maliyyələşdirən rayon rəhbərliyinin qərarını gözləməlidir: “Fərid rayonda yaşamağın çətin olduğunu və getmək istədiyini söylədi. Görünür, şəhər mühitinə öyrəşmiş adamdır. Ancaq bu elə məsələdir ki, özbaşına qərar verə bilmərik. Rayon rəhbərliyi ilə danışıb məsələni həll etmək lazımdır. İcra başçımız Tofiq Zeynalov hazırda burda olmadığından, məsələ açıq qalıb”.
Vitse-prezidenti baxışda olan legionerlərlə bağlı baş məşqçi Əfqan Talıbovun qərar verəcəyini söyləyib: “Hələ 1 transferimiz var ki, bu da qapıçı Kamal Bayramovdur. Digər qapıçımız Andrey Popoviç artıq düşərgədədir. Legionerlərimizdən Ender Günlü 1-2 günə hazırlığa qatılacaq. Malili Salif Ballo isə artıq məşqlərimizdə iştirak edir. Yollarımızı ayırdığımız, ancaq müqavilə ilə bizə məxsus legionerlərlə bağlı müraciət almışıq. Zəng edib, maraqlanırlar. Ancaq belə məsələlər telefonla həll olunmur”.
Qeyd edək ki, “Turan”da baxışda olan 4 legionerdən 3-ü ukraynalıdır. Bunlar Pavel Yançuk, Aleksey Rodoviç və Yaroslav Suxanovdur. Daha biri isə gürcü futbolçu Amberk İncibaşvilidir.

0
0