Rauf Əliyev Türkiyəyə gedir: İnanılmaz təklif almışam
14.01.2013 - 17:11
“Ölkə kənarından aldığım dəvət Türkiyədəndir. Çox yaxşı təklifdir, dəyərləndirməyi düşünürəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında millimizin futbolçusu Rauf Əliyev deyib.
Qış fasiləsində “Qarabağ”dan ayrıldıqdan sonra “Bakı” ilə danışıqlar aparan Əliyevin bu komandaya keçidi düyünə düşüb. “Zolaqlılar”dan yekun cavab ala bilməyən Rauf digər variantın həllində maraqlıdır.
“Mənimlə maraqlanan komanda Türkiyənin I liqa təmsilçisidir, Superliqaya çıxmaq uğrunda mübarizə aparır. Həmin təklif mənim üçün inanılmaz oldu. Hələlik adını açıqlamaq istəmədiyim bu klubun böyük hədəfləri var. Şərtləri məni razı salır” – deyə, Əliyev bildirib.
Hazırda Türkiyənin I liqasında 3 futbolçumuz oynayır ki, bunlardan Arif İsayevlə Rail Məlikov “Dənizlispor”da, Cavid Hüseynov isə “Adana Dəmirspor”da forma geyinir. Amma Rauf aldığı təklifdə həmyerlilərinin hansısa vasitəçiliyinin olmadığını söyləyib: “Bu, qarşısına daha yüksək məqsədlər qoyan I liqa komandasıdır. Əslində, onların mənə marağı çoxdan vardı. Məni millinin heyətində bəyəniblər. Birbaşa müqaviləyə çağırırlar. Yaxın günlərdə Türkiyəyə müqavilə imzalamağa yollanmağım mümkündür”.
Mehman SÜLEYMANOV

0
0