“İnter”in Antalyadakı rəqiblərindən biri dəyişdi
14.01.2013 - 18:16
Bakının “İnter” klubunun Antalyadakı keçirəcəyi yoxlama oyunlarında rəqiblərindən biri dəyişib. Apasport.az saytının məlumatına görə, qış çempionumuzun Ukraynanın Premyer Liqa təmsilçilərindən olan Donetsk “Metallurq”u ilə yanvarın 30-da nəzərdə tutduğu matçı baş tutmayacaq. Buna səbəb ukraynalıların planlarında dəyişikliyin edilməyidir.
Hər halda, “İnter” həmin gün Qazaxıstan Superliqasının təmsilçisi “Ordabası” ilə qüvvəsini sınayacaq. Bakılılar son matçını fevralın 3-də keçirəcək. Özü də həmin günə 2 oyun planlaşdırılıb. Əsas komanda Rusiya Premyer Liqasında oynayan “Krıyla Sovetov” ilə üzləşəcək. Digər rəqibin adı hələ ki dəqiqləşməyib.
Qeyd edək ki, “İnter” ilk oyununu yanvarın 17-də “Aalen”lə keçirəcək. Ertəsi “Amkar”la qüvvəsini sınayacaq komanda yanvarın 22-də “İnqolştadt 04”, 25-də Zaporojye “Metallurq”una rəqib olacaq.

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0