Messinin adını itə qoydular
14.01.2013 - 19:07
Dünyanın ən yaxşı futbolçusu Lionel Messinin adını itə qoyublar. Apasport.az saytının məlumatına görə, İspaniya çempionatının son turunda “Barselona”dan evdə 1:3 hesablı məğlubiyyət alan “Malaqa”nın yarımmüdafiəçisi İsko belə addım atıb.
O, itinə ardıcıl 4-cü il “Qızıl top”a layiq görülən argentinalı hücumçunun adını qoymağı ilə diqqət mərkəzinə düşüb. Ancaq ispan futbolçu bunu hirsindən etmədiyini açıqlayıb. O, Messinin oyunundan zövq aldığından, sevimli itini belə adlandırmağı qərara alıb.
Qeyd edək ki, Lionel bu oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə etməklə qələbədə əsas pay sahiblərindən olub.

0
0