"Rəvan”nın rəqibləri müəyyənləşdi
14.01.2013 - 20:55
Topaz Premyer Liqasında ilk “altılıq” şanslarını saxlayan "Rəvan” önümüzdəki günlərdə çempionatın yerdə qalan bölümünə daha yaxşı hazırlaşmaq məqsədilə bir sıra yoxlama oyunları keçirəcək. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, komanda fevralın 9-da "Turan”la baş tutacaq oyuna qədər 4 görüşdə qüvvəsini sınayacaq.
Belə ki, yanvarın 19-da əvəzedicilərdən ibarət komanda ilə qarşılaşacaq "Rəvan” ayın 24-də I divizion təmsilçisi "Qaradağ Lökbatan”la üz-üzə gələcək. Yanvarın 26-da isə komanda elita nümayəndəsi "Sumqayıt”la görüşəcək.
Nəhayət, fevralın 1-də son yoxlama oyununu keçirəcəyik. Sadəcə, son rəqibin adına hələlik aydınlıq gəlməyib.

0
0