“Avrokuboklarda yazdığımız tarixin davamını gətirməliyik"
14.01.2013 - 22:15
“Avrokuboklarda yazdığımız tarixin davamını gətirməliyik"
"Qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq istəyirik. Məşq keçdiyimiz "Mardan" İdman Kompleksində bunun üçün hər bir şərait yaradılıb”. Apasport.az-ın məlumatına görə, bu haqda "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, klubun klubun rəsmi saytına “ağ-qaralar”ın Antalyadakı hazırlığı barədə məlumat verib: “Hər gün 2 məşqimiz olur - səhər və axşam. Hazırlığın ilk mərhələsi əsasən fiziki tapşırıqlardan ibarətdir. İkinci mərhələdə isə daha çox taktiki-texniki məsələlərə diqqət ayıracağıq. Bir neçə gənc futbolçu da əsas komanda ilə hazırlığa qatılıb. Bu da onların təcrübə qazanması və yaxın gələcəkdə əsas heyətin üzvünə çevrilməsi üçün bir şansdır. Hazırlıq müddətində yoxlama oyunları da keçirəcəyik. Antalya təlimlərindən sonra komanda daha yaxşı səviyyədə olacaq. Məqsədimiz ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olmaqdır. Ölkə kubokunda da eyni dərəcədə iddialıyıq. Avrokuboklarda yazdığımız tarixin davamını gətirməliyik".