”Xəzər Lənkəran”ın ikinci transferi
14.01.2013 - 22:29
”Xəzər Lənkəran”ın ikinci transferi
“Xəzər Lənkəran” Uğur Pamukun transferini rəsmiləşdirib. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, futbolçu ilə bu gün 2 illik müqavilə imzalanıb.

1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan hücumçu “Arminiya” klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Pamuk 2007/08 mövsümünü Bilefeld təmsilçisində keçirib.

2008-ci ilin yayında aşağı dəstə təmsilçisi “TuS Dornberq”ə keçən hücumçu 3,5 mövsüm bu komandada oynayıb. Həmin klubdakı sonuncu 2011/12 mövsümünün ilk yarısında Uğur Azərbaycana transfer olunub.

2012-ci ilin yanvarından Uğur “Sumqayıt”ın şərəfini qoruyub. Həmin ildə 3 dəfə Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsində artıq 1 transferini rəsmiləşdirib. Bu, türkiyəli Gökhan Güləçdir.