“Xəzər Lənkəran” Antalyada növbəti məşqini başa vurub
14.01.2013 - 22:43
Təlim-məşq toplantısını Antalyada davam etdirən “Xəzər Lənkəran” axşam məşqinə saat 17:00-da çıxıb. Apasport.az saytının məlumatına görə, komanda isinmə hərəkətlərinə kvadrat və digər tapşırıqların yerinə yetirməsi ilə başladyıb və bu proses təxminən 20 dəqiqə davam edib. Daha sonra futbolçular iki komandaya bölünərək aralarında oyun keçiriblər.
Məşqin davamında futbolçular məşqçi köməkçisi Erik Roketanın cürbəcür çox mürəkkəb və fiziki baxımdan ağır tapşırıqlarını yerinə yetiriblər.
Eyni zamanda qapıçılarla iş üzrə çalışdırıcı Hafiz Əliyev gənc qolkiper Orxan Sadıqlını məşq etdirib. Daha sonra Əliyev məşqçi köməkçisi Emin Quliyevlə birgə Orxanı top atəşinə tutaraq qapıçının kifayət qədər yüklənməsinə nail olublar.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın axşam məşqi saat yarım davam edib.
Mənbə: lankaranfc.com

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0