Kuarejma üçün 500 azarkeş gəldi
15.01.2013 - 01:03
Kuarejma üçün 500 azarkeş gəldi
“Beşiktaş”dan müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv edib ayrılan və daha sonra Birləşmiş Ərəb Əmirliyinin “Əl-Əhli” klubu ilə anlaşan Rikardo Kuareşma yeni komandasında şok yaşayıb. Apasport.az saytının məlumatına görə, Dubayda mətbuata təqdim edildiyi zaman portuqaliyalı futbolçunu izləməyə gələn azarkeşlərin sayı onu məyus edib.

Belə ki, Kuareşmanın təqdim etmə mərasimində stadiona yalnız 500 azarkeş toplaşıb. Bunlardan da çoxu məktəbli tələbələr olub.

Qeyd edək ki, 2010–2012-ci illərdə “qara-qartallar”ın formasını geyinən 29 yaşlı hücumçu 47 matçda meydana çıxıb və 8 qola imza atıb.