Sneyder İstanbula gəlir
15.01.2013 - 02:24
Sneyder İstanbula gəlir
Türkiyənin “Bəyaz” televiziyasının şərhçisi Rasim Ozan Kütahyalı “Qalatasaray”la anlaşan hollandiyalı futbolçu Uesli Sneyder haqda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Kütahyalı “İnter”in 28 yaşlı yarımmüdafiəçisinin təyyarə ilə yola çıxdığını və təxminən Bakı vaxtı ilə saat 03:00-da İstanbulda olacağını ifadə edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə “Qalatasaray” rəhbərliyi Milan təmsilçisi ilə razılığa gəlib. “Cim-Bom” futbolçunun keçidinə 8 milyon və özünə isə illik 3.5 milyon avro əmək haqqı verəcəyi bildirilir.