La Liqada sülh bağlandı
15.01.2013 - 03:35
La Liqada sülh bağlandı
İspaniya La Liqasında XIX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu matç günündə bir qarşılaşma reallaşıb.

“Qranada”nı qəbul edən “Qetafe” rəqibinin müqaviməti ilə üzləşib. Fasiləyə 2:1 hesabı ilə üstün yollanan meydan sahibləri matça əlavə edilmiş sonuncu dəqiqələrdə qapısından növbəti qolu çıxarmaq məcburiyyətində qalıb. Görüş 2:2 hesablı sülhlə başa çatıb.

İspaniya La Liqası

XIX tur

11 yanvar

"Atletik" (Bilbao) - "Rayo Valyekano" - 1:2
San Joze, 77 - Banqura, 48, Piti, 65-pen

12 yanvar

"Valyadolid" - "Malyorka" 3:1
Ebert, 21, Qonzales, 88, Ebert, 90 - Viktor, 38

"Espanyol" - "Selta Viqo" 1:0
Qarsiya, 23

"Osasuna" - "Real" 0:0

"Valensiya" - "Sevilya" 2:0
Soldado, 50, 89

13 yanvar

"Betis" - "Levante" 2:0
Kempl, 7, Martin, 63

"Real" (Sosyedad) - "Deportivo" 1:1
Vela, 45 - Pizzi, 27

"Atletiko" - "Saraqoza" 2:0
Tiaqo, 31, Falkao, 38-pen

"Malaqa" - "Barselona" 1:3
Dieqo, 89 - Messi, 27, Fabreqas, 50, Alkantara, 82

14 yanvar

“Qetafe” – “Qranada” - 2:2
Rodriqes, 19, Alkaker, 42 - Siqueyra, 28-pen, 90+2