İnyesta: Əlbəttə, gec-tez komandamızın primeroda ilk məğlubiyyəti olacaq
15.01.2013 - 04:08
İspaniya La Liqasında məğlubiyyətsizlik seriyasını davam etdirən “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu bu seriyanın bir gün qırılacağına əmindir: “Çempionatın birinci hissəsini biz fərqli olaraq keçirdik. Burada hər bir oyunçunun əməyini qiymətləndirmək gərəkdir. Əlbəttə, gec-tez komandamızın primeroda ilk məğlubiyyəti olacaq. Lakin biz əlimizdən gələni edib, bu seriyanın qırılmamasına və daha da uzanmasına çalışacağıq".
Qeyd edək ki, birinci dövrənin nəticəsinə görə, “Barselona” mümkün olan 57 xalın 55-ini toplayıb. Bu da İspaniya çempionatının keçirilməsinin bütün tarixi üçün rekorddur.
Qeyd edək ki, birinci dövrənin nəticəsinə görə, “Barselona” mümkün olan 57 xalın 55-ini toplayıb. Bu da İspaniya çempionatının keçirilməsinin bütün tarixi üçün rekorddur.
0
0