Ronaldo “Real”ı tərk etməyəcək
15.01.2013 - 05:01
Ronaldo “Real”ı tərk etməyəcək
Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo komandasının La Liqadakı çıxışını və onun başqa kluba keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az-ın FİFA-nın rəsmi saytına istinad məlumatına görə, portuqaliyalı futbolçu müqaviləsinin sonuna qədər “Kral klubu”nda qalacağını vurğulayıb.

O, çempionluğun mümkünsüz kimi göründüyünü ifadə edib:

"La Liqaya yaxşı başlamadığımızı hər kəs bilir. Lakin hazırda çempionluq mümkünsüz kimi görünür. Ancaq futbolda hər şey baş verə bilər. Bundan sonra çox çalışıb, növbəti matçlarda qələbə qazanmalıyıq. Gələcəyə ümidlə baxmalıyıq. Transfer olunacağıma gəldik də isə mən müqaviləmin sonuna qədər “Real”da qalmaq istəyirəm. Bununla bağlı fikrim qətidir. Ondan sonra nə olacağını isə indidən deyə bilmirəm”.