Qvardiola “Bavariya”nı çalışdıra bilər
15.01.2013 - 05:37
Qvardiola “Bavariya”nı çalışdıra bilər
“Barselona”dan ayrıldıqdan sonra baş məşqçiliyə ara verən və bir müddət öncə yenidən komanda çalışdırmaq istədiyini deyən Xosep Qvardiola Bundesliqa təmsilçisi ilə anlaşa bilər. Apasport.az saytının İtaliya mətbuatına istinad məlumatına görə, ispaniyalı mütəxəssis Münhen “Bavariya”sının maraq dairəsinə düşüb.

Almaniya klubu Pepi mövsümün sonunda hazırkı baş məşqçi Yupp Haynkesin yerinə gətirməyi planlaşdırır. Atıq “Bavariya” rəhbərliyi Qvardiolanın meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Münhen təmsilçisindən başqa 41 yaşlı çalışdırıcını “Mançester Siti”, “Çelsi” və “Roma”da sükanı arxasına gətirmək istəyir.