“Mançester Yunayted” 2 cənubi amerikalı futbolçu ilə maraqlanır
15.01.2013 - 06:25
“Mançester Yunayted” heyətini 2 cənubi amerikalı futbolçu ilə gücləndirməyi planlaşdırır. Apasport.az saytının ingilis mətbuatına istinad məlumatına görə, “qırmızı-şeytanlar” “Benfika”da forma geyinən Ezequel Qaray və Nikolas Qaitanla müqavilə imzalamaq niyyətindədir.
Baş məşqçi Aleks Ferqyusonun da sərəncamında görmək istədiyi hər iki oyunçu ilə artıq danışıqlara başlanılıb.
Qeyd edək ki, bazar günü Mançester təmsilçisinin nümayəndələri sözügedən futbolçuları “Benfika” – “Portu” qarşılaşmasında stadionda izləyiblər.

0
0