“Liverpul” norveçli müdafiəçi ilə anlaşıb
15.01.2013 - 07:17
“Liverpul” norveçli müdafiəçi ilə anlaşıb
“Liverpul” “Molde”in müdafiəçisi Veqard Forrenlə müqavilə imzalamaq üzrədir. Apasport.az saytının Norveç mətbuatına istinad məlumatına görə, “Everton”, “Sanderlend”, “Fulhem”ində transfer siyahısında olan futbolçu ingilis klubunun təklifini qəbul edərək ilkin razılığa gəlib.

Forrenin bu günlərdə Liverpul təmsilçisinə gedərək tibbi müayinədən keçəcəyi bildirilir. “Molde”nin son iki ildə qazandığı ölkə çempionatında böyük pay sahiblərindən olan Veqard üçün Premyer Liqa klubu 3 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, Forren 2012-ci ildə Norveçin ən yaxşı futbolçusu seçilib. O, “Molde” forması ilə son iki mövsümdə 59 ölkə çempionatında meydana çıxıb.