“Barselona” “Napoli”nin futbolçusunu transfer etmək istəyir
15.01.2013 - 07:40
“Barselona” “Napoli”nin futbolçusunu transfer etmək istəyir
“Barselona” heyətini “Napoli”nin müdafiəçisi ilə gücləndirmək niyyətindədir. Apasport.az saytının İtaliya mətbuatına istinad məlumatına görə, Kataloniya klubu kolumbiyalı futbolçu Kamilo Zuniqa ilə yaxından maraqlanır. Bu xəbəri oyunçunun meneceri də təsdiqləyib.

O, müdafiəçinin La Liqa təmsilçisi ilə yanaşı bir çox komandanın da transfer siyahısında olduğunu vurğulayıb:

“Hələ ki, rəsmi məlumat yoxdur. Ancaq İspaniya və İngiltərənin nəhəng klubları onunla yaxından maraqlanır. Həmçinin “Barselona”da. Bu çox normaldır. Hər bir böyük komanda Zuniqa kimi oyunçunu heyətində görmək istəyir”.

Qeyd edək ki, 2009-cu ildən “Siena”dan transfer edilən 27 yaşlı Kamilo Zuniqa Florensiya təmsilçisində son 4 mövsümdə 96 matçda forma geyinib.