“Qəbələ”nin sabiq məşqçisi İrlandiya çempionatında
15.01.2013 - 11:00
“Qəbələ”nin sabiq məşqçisi İrlandiya çempionatında
“Qəbələ”nin sabiq məşqçisi Qari Stivens özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 50 yaşlı çalışdırıcı karyerasını İrlandiyada davam etdirəcək.

O, bu ölkənin son çempionu “Sliqo Rovers”lə anlaşıb. İngiltərə milli komandasının və “Tottenhem”in sabiq müdafiəçisi yeni klubunda baş məşqçi Yan Baraklonun köməkçisi təyin olunub.

Qeyd edək ki, Stivens 2010-cu ilin mayından 2012-ci ilin aprelinə qədər “Qəbələ”də məşqçi kimi çalışıb.