“Milsami” Elhad Nəziriyə rəqib gətirdi
15.01.2013 - 11:10
Milli komandamızın futbolçusu Elhad Nəzirinin klubundakı işləri qaydasında getmir. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Milsami” mərakeşli müdafiəçi Adil Rhailini baxışdan keçirir.
Dünəndən hazırlıqlara başlayan “Milsami”nin Rhailini komandasına cəlb etmək ehtimalı böyük görünür. Çünki 21 yaşlı futbolçu ölkəsinin gənclər yığmasının kapitanı sayılır. Onun sonuncu klubu Kasablanka “Raca”sı olub.
Qeyd edək ki, Elhad Nəziri yığmanın Şimali İrlandiya ilə Belfastdakı oyununda debüt edəndən sonra klubundakı yerini itirib.

0
0